Kombinin yuyulması

Kombinin yuyulması evlərdə istilik sisteminin stabil və təhlükəsiz işləməsi üçün ən vacib texniki baxım proseslərindən biridir. İstilik sisteminin əsas hissəsi olan radiatorlarda zamanla çöküntülər yarandığı üçün kombinin ümumi işi zəifləyir. Məhz bu səbəbdən kombi radiatorunun yuyulmasi kombinin düzgün işləməsi üçün böyük əhəmiyyət daşıyır.

Kombinin yuyulmasi nədir?

Kombinin yuyulmasi – istilik sisteminin daxilində yığılan pas, kir, əhəng və digər çöküntülərin xüsusi avadanlıqla təmizlənməsidir. Bu proses zamanı təkcə kombinin iç hissələri deyil, eyni zamanda kombi radiatorunun yuyulması da həyata keçirilir ki, istilik dövriyyəsi tam bərpa olunsun.

Kombi radiatorunun yuyulması niyə vacibdir?

Radiatorların içində yığılan çirk suyun dövranını zəiflədir. Nəticədə kombi işləsə də otaqlar lazımi qədər isinmir. Kombi radiatorunun yuyulması aşağıdakı problemlərin qarşısını alır:

  • Radiatorların bərabər qızmaması
  • Kombinin artıq yüklə işləməsi
  • Qaz sərfiyyatının artması
  • İstilik sistemində səs yaranması

Kombinin və radiatorların yuyulması nə vaxt edilməlidir?

Mütəxəssislər kombinin ümumi yuyulması ilə birlikdə kombi radiatorunun yuyulmasını da 2–3 ildən bir məsləhət görürlər. Əgər radiatorların alt hissəsi isti, üst hissəsi isə soyuqdursa, bu artıq yuma prosesinin vacib olduğunu göstərir.

Kombinin və kombi radiatorunun yuyulması necə aparılır?

Peşəkar yuma prosesi aşağıdakı mərhələlərlə həyata keçirilir:

  1. Kombi və radiator sistemi ayrılır
  2. Xüsusi yuma aparatı radiator xəttinə qoşulur
  3. Kimyəvi məhlul sistem boyunca dövr etdirilir
  4. Radiator və borulardakı çöküntülər tam təmizlənir
  5. Sistem duru su ilə yuyularaq işə salınır

Bu üsul həm kombi üçün, həm də kombi yuyulmasi üçün ən effektiv və təhlükəsiz metoddur.

Kombinin və radiatorların yuyulmasının üstünlükləri

  • Radiatorlar daha tez və güclü qızır
  • Kombi daha az qaz sərf edir
  • İstilik bərabər paylanır
  • Kombinin istismar müddəti uzanır
  • Qış mövsümündə qəfil nasazlıqlar azalır

Yenielanlar.az ilə peşəkar kombi və radiator yuma xidməti

Yenielanlar.az üzərindən siz kombi yuyulmasi və kombinin ümumi təmizlənməsi üzrə təcrübəli ustaları asanlıqla tapa bilərsiniz. Keyfiyyətli xidmət sayəsində həm rahat qızın, həm də artıq xərcdən qurtulun.

Kombiniz əvvəlki kimi qızdırmırsa və radiatorlar effektiv işləmirsə, kombi radiatorunun yuyulmasını vaxtında etdirməklə bu problemi kökündən həll edə bilərsiniz.

Tarix:
Saat:
Baxış sayı: 15